AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Nikbindən yeni şeir: "Göy üzündə yaşayırdı əllərim..."

  • + A
  • - A
  • 5-10-2021, 18:30


    Burda qəriblik qürbətə yağır!

    Göy üzündə yaşayırdı əllərim...
    Adına ensin, ensin deyə ,
    ağaclara sevinsin, sevinsin deyə
    göy üzündən arzu daşıdı əllərim;
    yerin yaşılı əllərim.

    Məni bura bəxtim gətirmədi,
    məni bura buludlar gətirdi,
    ayağım, əlim gətirdi...

    ...yorulmuşdum özümdən,
    özümdəki göyümdən.
    Məni bura ölüm gətirdi...

    ...burda yağış da saata yağır,
    burda ömür də saata yağır,
    burda kömür də saatnan yanır,
    burda yağır tüstü, göyə yağır,
    burda saat da yağır.

    O vaxtı
    qanadıydı əllərim...
    Qanadı dəyişdim əllərimə,
    qanadı əllərim.

    ...külək, xəbər apar göy üzünə!
    Nə olsun, nə olsun yerdən gözəldir?
    Vallah, bu dünya da hərdən gözəldir!..

    Niyə yağış çölümə yağır,
    bunu, bunu bilmədim...

    ...torpaq, qucağın xeyir,
    bu ömür də mənim olmadı!

    Hikmət Nikbin


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR