AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahi, dənizə insanlar yağır!

  • + A
  • - A
  • 26-07-2021, 20:20

    İlahi, dənizə insanlar yağır!

    Haradan başlayır başı, ayağı,
    İlahi , dənizə insanlar yağır!
    ...ötür gəlişimdən yüz illər...axır
    görüşdüm özümlə, görüşdüm bu gün!

    Həmin dəniziydi, həmin adamdım!
    ...saçlarına damdım, üzünə damdım.
    ...dəniz qardaşımdı, dəniz atamdı;
    Neçə əzizimlə görüşdüm bu gün!

    ...qara buludları günəş yenirdi,
    ovcumda ləpələr, ay sevinirdi,
    məndən xatirələr tüstülənirdi-
    Çox yeni sözümlə görüşdüm bu gün!

    Bir başqa təqvimi-ili, günü var,
    başqa gözəllikdə, fərqli əyni var.
    ...dənizlərindəmi görən dini var-
    min sual, yozumla görüşdüm bu gün!

    ...1-dən 12-yə vaxt pilləkəni
    saat da bilməz ki, görməz ki, yəni
    Hikmət düşünəni, Hikmət çəkəni!
    ...Özgə bir gözümlə görüşdüm bu gün!

    Hikmət Nikbin


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR