AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA-nın təşəbbüsü ilə İngiltərənin "Lazarus Training" təşkilatı tərəfindən jurnalistlər üçün təşkil olunan təlimin 3-cü günü yükunlaşıb - Fotolar

  • + A
  • - A
  • 6-10-2021, 23:57


    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin 3-cü günü yekunlaşıb.

    Azadmedia.az xəbər verir ki, hər birində 20 nəfərin iştirak etdiyi jurnalistlərdən ibarət təlim qruplarından biri bugün öz işini yekunlaşdırıb.

    Xatırladaq ki, təlim MEDİA-nın inzibati binasında keçirilir. Oktyabrın 8-dək davam edəcək təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Təlimdə Azadmedia.az-ın redaktoru da iştirak edir. İngilis dilində təşkil olunan təlimdə Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim beş gün davam edəcək.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) jurnalistlər üçün təşkil olunan təlimin 1-ci, 2-ci və 3-cü günündə nəzəri biliklərlə bərabər praktiki məşqlər keçirilib.
    Təlimin 3-cü gününün sonunda jurnalistlərdən ibarət I qrup iştirakçılar Azərbaycan Mediası adına “Lazarus Training” təşkilatı əməkdaşlarına Azərbaycanın Suvenir Milli musiqi alətlərinin və Xarı bülbül işləməsinin olduğu hədiyyə bağışlayıblar.

    Nəzərinizə çatdıraq ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR