Uğurlu hərbi manevr
Lalə Əhmədli - Masallı Regional “ASAN Xidmət “ mərkəzinin Uçot sektorun müdiri Uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq.
Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi- psixoloji sarsıntı yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Hadrutda onların çox böyük canlı qüvvəsi var idi . Hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğurdan çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirdi ki, bizim Xocavənd rayonunun Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz Hadrutu bərpa edəcəyik. Biz tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik. Çünki, Xocavənd rayonunun turizm potensialı çox genişldir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Hadrut qəsəbəsi kimi səfalı yerlər çox azdır. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək.
Qarabağ bizimdir !
Qarabağ Azərbaycandır !
Ülkər Piriyeva