AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uğur Gənclər təşkilatı gənclərin zərərli vərdişlərdən yayınması istiqamətində Polkovnik-leytenant Hafiz Təmirovla görüşünü təşkil edib - Fotolar

  • + A
  • - A
  • 15-10-2021, 20:22


    Uğur Gənclər təşkilatı gənclərin maariflənməsi, asudə vaxtlarının düzgün təşkili, zərərli vərdişlərdən yayınması və yaradıcı potensialının üzə çıxarılması məqsədi ilə Daxili İşlər Nazirliyinin mətbuat xismətinin rəis müavini Hafiz Təmirovun gənclərlə görüşünü təşkil edib.

    Azadmedia.az xəbər verir ki, Pandemiya qaydalarına uygun keçirilən görüşdən öncə şəhid ailələrinə baş çəkilib, onların qayğıları ilə maraqlanılıb.

    Belə ki, Bərdə terroru nəticəsində şəhid olmuş Vasif İsmayıllının ailəsində olan Polkovnik-leytenant Hafiz Təmirov şəhid ailəsinə səbr diləyib. Eyni zamanda, Şəhid ailələrinə diqqət və qayğının vacibliyini vurğulayıb.

    Bundan sonra Bərdədə yerləşən 1 saylı Ağdam rayon məktəbində olan qonaqlar Vətən guşəsiylə tanışlıqdan sonra sinifləri gəzib şagirdlərin vətənpərvərlik mövzusunda çıxışlarını dinləyiblər.

    Qeyd edək ki, Tərtər rayonunda Rafiq Nuriyev adına 6 saylı orta məktəbin şagird və müəllim heyətilə də çox maraqlı görüş baş tutub. Əlavə olaraq görüşdə Tərtər rayon polis şöbəsinin əməkdaşları şagirdlərlə maarifləndirici söhbətlər aparıb.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR