AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət Vəkili Cavanşir Paşazadə Lənkəran və Masallı da II Qarabağ müharibəsi Şəhid ailələrini ziyarət edərək seçiciləri ilə görüşüb - Fotolar

  • + A
  • - A
  • 15-10-2021, 21:47


    Millət vəkili Cavanşir Paşazadə Lənkəran-Masallı seçki dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə II Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıq nümünəsi göstərərək, ən uca Şəhidlik zirvəsinə qalxan şəhidlərimizin ailə üzvləri ilə birlikdə onların məzarlarını ziyarət edərək, seçiciləri ilə növbəti görüşlər keçirib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Lənkəranın Şağlaser kənd ərazi vahidliyi üzrə II Qarabağ müharibəsinin şəhidi Şəhid Murad Huseynzadənin məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

    Anım mərasimində kənd sakinləri və şəhidin ailə üzvləri müharibədə əldə etdiyimiz qələbəyə görə Ali Baş Komandana təşəkkürlərini bildiriblər.

    Növbəti görüş Masallı rayonunun “Rüdəkaran” kəndində baş tutub.

    Görüş zamanı seçicilər kənddə olan mövcüd problemləri Millət vəkilinə bildiriblər.
    Belə ki, seçicilər çəkilişi 2023-cü ildə nəzərdə tutulan qazın verilməsinin müəyyən qədər tezləşdirilməsi barəsində köməklik göstərilməsini xahiş ediblər.

    Qeyd edək ki, Millət vəkili problemlərin həlli ilə bağlı bir daha əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

    Sonda kənd sakinləri Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən yüksək uğurlara görə həmişə fəxr etdiklərini qeyd ediblər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR