Cəlilabad rayon Mədəniyyət Mərkəzi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə onlayn konsert proqramı keçirəcək
Cəlilabad rayon Mədəniyyət Mərkəzinin musiqiçi kollektivinin iştirakı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə onlayn konsert proqramı keçiriləcək.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, "Müstəqilliyimiz milli sərvətimizdir" başlığı altında təşkil ediləcək onlayn musiqi proqramı oktyabrın 18-i, saat 12:00-da başlayacaq.
Onlayn musiqi tədbiri Masallı Regional Mədəniyyət İdarəsinin, Elnur Atakişiyev və Musa Gözəlovun "Facebook" səhifə və profilləri vasitəsilə canlı yayımlanacaq.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR