AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəliləbad rayon Göytəpə şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunan onlayn konsert proqramı keçirilib

  • + A
  • - A
  • 19-09-2021, 21:19


    Göytəpə şəhərində Milli Musiqi Günü ilə əlaqədar onlayn konsert proqramı keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun verdiyi məlumata görə, Sentyabrın 18-də Göytəpə şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunan onlayn konsert proqramı keçirilib. Konsertdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    "Musiqi ruha qidadır" adlı musiqi tədbirində məktəbin şagirdləri Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz sənət əsərlərini alətlərdə ifa edib, maraqlı vokal-instrumental musiqi kompozisiyaları səsləndiriblər.

    Tədbirin təşkilatçısı musiqi məktəbinin direktoru Vüqar Şahbazov, musiqi tərtibatçısı isə müəllim Aynurə Əliyevadır. Musiqili tədbir sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.

    Ülkər Piriyeva









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR