AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müstəqil dövlətimizi gücləndirib regionda söz sahibi edən əsas səbəblərdən biri Dövlət-Xalq birliyidir

  • + A
  • - A
  • 18-10-2021, 12:28

    Müstəqil dövlətimizi gücləndirib regionda söz sahibi edən əsas səbəblərdən biri Dövlət-Xalq birliyidir

    İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru

    Bu gün “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsindən 30 il ötür. 1991-ci ilin bu günündə Azərbaycan Ali Sovetinin sessiyasında qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan yenidən dövlət müsəqilliyini bərpa etdi, dövlətçiliyimizin qorunmasına ümidlər yarandı. 2 il sonra Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi isə müstəqil Azərbaycanın tarixində parlaq səhifələr açdı. Şükürlər olsun ki, Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində müstəqilliyimizin əbədiliyinə zəmanət verilir.
    Bu ilin oktyabrında “Müstəqillik Günü haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələrin nəticəsində qanun qüvvəyə mindi. “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nun həmin günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Müasir Azərbaycan öz ərazi bötövlüyünü bərpa etdikdən sonra varisi olduğu AXC-nin dövründəki tarixi torpaqlara dinc yolla da qayıda bilər. Bu, həm də dövlətimizin tarixi məsələlərə həssas yanaşmasını ehtiva edir.
    Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra dövlət tərəfindən yeni meyarlar müəyyənləşdirildi və yeni üfuqlər açıldı. Müzəffər Ali Baş Komandanın özünün dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq”. Azərbaycan dövləti və Azərbaycan xalqı Şəhidlərimizi daim yaşadacaq, Şəhid ailələri və müharibə veteranlarını diqqət və qayğı ilə əhatə edəcək. Azərbaycan hazırda regionun güclü dövlətidir. Müstəqil dövlətimiz heç kimlə hesablaşmadan özü müstəqil qərarlar verir. Dövlətimizin başında zəngin idarəçilik təcrübəsi, peşəkar diplomatik bacarığı olan cənab Prezident İlham Əliyev dayanır. Xalq olaraq Prezidentimizə güvənirik, onun verdiyi qərarları alqışlayırıq. Çünki müstəqil dövlətimizi gücləndirib regionda söz sahibi edən əsas səbəblərdən biri Dövlət-Xalq birliyidir. Hər birinizi Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edirəm!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR