"Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir. Üçüncü doza vaksini ilk növbədə yaşı 50-dən çox olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, risk qrupuna daxil olanlar vurdurmalıdırlar".
Bunu Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, vaksin ömürlük deyil, müəyyən zamandan sonra orqanizmdə immunitet zəifləyir:
"Belə olan halda immuniteti gücləndirmək üçün mütləq vaksin olunmaq lazımdır. Nəzərə almalıyıq ki, payız fəslidir. Havalar soyuyur, belə dövrdə yoluxmaların sayı artır. Delta ştammı əvvəlki virusdan yayılma sürətinə və yoluxduruculuğuna görə daha təhlükəlidir. Üçüncü dozanın əsas əhəmiyyəti vaksinasiyadan əldə etdiyin süni immuniteti möhkəmləndirməkdən ibarətdir. Vətəndaşlarımıza peyvənd vurdurmağı birmənalı olaraq tövsiyə edirəm."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.