AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir

  • + A
  • - A
  • 17-10-2021, 15:36


    Yeni növ koronavirus infeksiyası əleyhinə peyvəndləmə prosesinin aparılması vacib profilaktik prosesdir. Orqanizmdə koronavirusa qarşı immunitet əsasən vaksinasiya sayəsində yaranır. Peyvənd nəticəsində orqanizmdə formalaşmış immunitet infeksiyaya yoluxma ehtimalını azaldır və ya xəstələndikdə infeksiyanın yüngül keçməsini təmin edir. Kütləvi vaksinasiya pandemiyanın aradan qalxması üçün yeganə çıxış yoludur. Buster doza ilə peyvəndləmə isə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra COVID-19 əleyhinə immuniteti zəifləyə bilər. Belə olan halda, həmin şəxsin üçüncü dəfə qüvvətləndirici doza alması məsləhətdir.

    Koronavirus əleyhinə üçüncü doza vaksinin vurulması bu gün üçün bütün dünyada vacib hesab edilir. Bu yöndə aparılan tədqiqatlar da onu deməyə əsas verir ki, qüvvətləndirici, yəni buster dozanın vurulması məqsədəuyğundur. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bunu nəzərə alaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış insanlara 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

    Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılmış və effektiv nəticələr əldə olunmuşdur. Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster doza müsbət nəticəsini daha çox 65+ yaş qrupunda qeydə alınıb.

    Ümumilikdə, Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir.

    Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, bu dozanın effektivliyi sübut olunub. Azərbaycanda da koronavirus infeksiyası əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 50-dən yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (buster doza) ilə peyvəndlənmələri məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bu kateqoriyalı vətəndaşlar buster doza ilə peyvəndlənməyə tələsməlidirlər, çünki COVID-19 çox dəyişkən mutasiyalara məruz qalır və müxtəlif ştamları mövcuddur. İnfeksiyanın çox qısa zaman ərzində bir deyil, bir neçə variantının yaranmasının şahidi oluruq. Zaman-zaman ən çox epidemiya və ya pandemiya halını alan qrip virusu və digər virus heç biri bu cür sürətli mutasiyaya məruz qalmır. Məhz bu səbəblər koronavirusa qarşı buster infeksiyalarının doza ilə peyvəndləməni şərtləndirir. Nəzərə almaq lazımdır ki, bir nəfərdən digərinə yoluxan COVID-19 virusu getdikcə daha da kəskinləşir. Belə olan halda, vətəndaşların nəinki üçüncü, hətta dördüncü doza ilə vaksinasiyası məsələsi gündəmə gəlir.


    Arzuman Ağasiyev,
    Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR