"Sabah İstanbulda ev sahibliyi edəcəyimiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) zirvə toplantısına Macarıstanın Baş Naziri Viktor Orban da qatılacaq. Bu zirvənin ilk dəfə Demokratiya və Azadlıqlar adasında keçirilməsindən xüsusilə qürur duyuruq"
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Macarıstanın Baş Naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Prezident Ərdoğan Türk Şurasında 2018-ci ildən müşahidəçi statusu alan Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin ofisini açmaqla iki ölkə arasında strateji fəaliyyətin daha da artırdığını bildirib. Dövlət başçısı qeyd edib ki, digər regional və beynəlxalq platformalarda da əməkdaşlıq və həmrəylik inkişaf etdiriləcək: "Macarıstan Türkiyə-Avropa İttifaqı əlaqələrinin inkişafında xüsusi rol oynadığına görə, cənab Orbana və Macarıstana öz adımdan və millətim adından təşəkkür edirəm".
Ərdoğan Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü iclasının nəticələrinə görə, qarşılıqlı olaraq qəbul edilən 9 müqavilədən məmnunluğunu ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.