AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid olmuş əsgərlərimizin fotoları YAYILDI

  • + A
  • - A
  • 17-11-2021, 12:59


    Xəbər verdiyimiz kimi, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.

    Sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb.

    Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı bizə əmanət qalıb.
    Şəhid olmuş əsgərlərimizin fotoları YAYILDI


    Digər şəhidimiz leytenant Niftəliyev Ümüd Oruc oğu Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.


    Daha bir qəhrəmanımız şəhid Elçin Əliyev Şirvan şəhər Bayramlı qəsəbəsindən olub.

    Daha 4 şəhidimiz gizir Orxan Cabbarov, əsgər Elçin Ağayev, əsgər Elmin Əlizadə, əsgər Murad Xəlilov haqda məlumat və foto olduqda xəbər yenilənəcək.

    Allah şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR