AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda gənclərlə görüş keçirilib

  • + A
  • - A
  • 27-11-2021, 10:52



    Masallıda gənclərlə görüş təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 26 noyabr 2021-ci il tarixində Masallı Gənclər Evi SXM-in təşkilatçılığı ilə Masallı Regional Dövlət Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Masallı Gənclər Evinin fəaliyyətinin gənclərə tanıtmaq məqsədilə görüş keçirilib.

    Tədbiri Masallı Gənclər Evinin metodisti Tural Sadıqov giriş sözü ilə açaraq Masallı Gənclər Evinin fəaliyyətə başladığı gündən 2020 və 2021 ci ildə keçirilmiş tədbirlər və təlimlər haqqında geniş şəkildə məlumat verib.

    Tədbirdə Masallı Gənclər Evinin psixoloqu Ramal Şükürov gənclər evinin göstərdiyi psixoloji xidmət haqqında gənclərin məlumatlandırmış və psixoloji problemleri olan gənclərə hər zaman dəstək olduqlarını qeyd edib.

    Tədbirdə Masallı Gənclər Evinin Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Əfsanə Kərimova dərnəyin fəaliyyəti haqqında və həftə içi 5 gün ərzində keçirdikləri dərnək dərsləri ilə bağlı gənclərə geniş məlumat verib.

    Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR