AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Omikron" ştamının əsas əlaməti AÇIQLANDI

  • + A
  • - A
  • 3-12-2021, 09:59


    “Ağır yorğunluq Omikron ştamının əsas əlamətlərindən biridir”.

    Bunu Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova “Sputnik” radiosuna açıqlamasında bildirib.

    Bununla belə, həkim bu simptomun müxtəlif xəstəliklər üçün xarakterik olduğu deyib: “Tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləmə və ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür”.

    Mütəxəssis əlavə edib ki, koronavirus infeksiyası orqanizmdə bir çox orqanların işində ciddi pozuntulara səbəb olur: “Yoluxmuş şəxslərdə yaranan yorğunluq hissi immun sistemində, beynin fəaliyyətində və ya sinir sisteminin toxumasında ciddi dəyişikliklərlə müşayiət olunur. Qanın xassələri kəskin şəkildə dəyişir, bu da bir çox orqanlara qan tədarükünü pozur, ona görə də özümüzü fiziki cəhətdən zəif hiss edirik. Bütün bunlar birlikdə zəifləmiş əzələ tonunda, sıxılmış emosional fonda özünü göstərir”.

    Endokrinoloq hər kəsi şiddətli yorğunluq hiss etdikdə mütləq COVID-19 testindən keçməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR