AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yollar yenəmi küçədi?"- Paşa Talıblıdan yeni şeirlər

  • + A
  • - A
  • 6-12-2021, 16:52


    Müasir Azərbaycan poeziyasının 80-ci illər nəslinin mənsublarından olan Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Talıblı ölkə hüdudlarından kənarda yaşamasına baxmayaraq daim məhsuldar yaradıcılığı ilə öz oxucularının görüşünə gəlir. Onun ədəbi müstəvidə bu dinamikliyi, çalışqanlığı təbii ki, uzun illərə söykənir desək, yanılmarıq.

    Dərviş ruhlu şairimizdən bir neçə yeni şeir:

    Göz yaşına gəlincə...

    Ellikcə gələn nə varsa
    o başı bu başı yoxdu.
    ...bu fanidə gözəllik var,
    düşünmə nəqqaşı yoxdu.

    ...bir əl bir ətəkdi..belə;
    bilmədim gödəkdi belə.
    ...bu dağ niyə təkdi belə,
    bu dağın qardaşı yoxdu?

    ...hardandı- qular, naxışlar,
    hardandı- sular, yağışlar?
    ...mən adda su var, yağış var,
    mən adda göz yaşı yoxdu.


    Hamı bir uzun hecadı...

    ...buralar elə buradı,
    oralarda de, necədi?
    ...qar yenəmi çiçəksizdi,
    yollar yenəmi küçədi?

    ...havalar sakitdi burda,
    itənlər sağ itdi burda.
    ...hamı kor samitdi burda,
    hamı bir uzun hecadı.

    ...yaxşıyam, fikir eləmə!
    Belə baxıram aləmə;
    sözə, kağıza, qələmə
    əlim dirilən gecədi.

    *
    (...anama)

    Bəxtəvər başına, ana!
    ...bilib yanına gələrəm.
    ...o sonuncu şəklinəcən
    gəlib...yanına gələrəm.

    ...qapımı bağladım daha,
    işim də haqladı daha.
    Nə ki var ağladım...daha
    gülüb yanına gələrəm.

    ...mən vaxtı belə bilmədim,
    uğraşıb bölə bilmədim.
    ...öləndə gələ bilmədim,
    ölüb yanına gələrəm.


    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR