AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dərdsizin axırı yoxdu"- Paşa Talıblı

  • + A
  • - A
  • 28-09-2021, 09:15


    ...ayrılıq karvandı, qəm yedəyində
    həsrətdi...hələ bir yedik də...gördüm!
    Yol çəkən gözlərin çəkib apardı...
    Sənin taleyini yedəkdə gördüm!

    Yol çəkən gözlərin çəkib apardı...
    Gedirsən taleyin boş yedəyində!
    ...qonşu işığında böyüyür gözün,
    qanadın böyüyür quş yedəyində!

    ...tarix də bir cürə qoşqudu, qardaş!
    ...tarixdi- uzun da gödək də keçdi.
    Mən öz taleyimi çəkib apardım...
    Yox, sənin taleyin yedəkdə keçdi!

    *
    Yağır elədiyi yer var,
    dərdlərin yağırı yoxdu!
    ...hamısı, hamısı birdi,
    yüngülü-ağırı yoxdu!

    ...içi dərddən ağrıyanın,
    başın dərdnən saxlayanın,
    ..dərdə durub ağlayanın,
    gülənin ağılı yoxdu!

    Hərdən çıxsa da dərd dizə,
    çəkirəm vallah, dərddisə.
    ...yazığım gəlir dərdsizə,
    dərdsizin axırı yoxdu!

    *
    Qırmızı geyinib taxta çıxmışdı;
    Səsində qırmızı əsəb gəzirdi.
    ...cəlladın yanında hesab günüydü;
    hər quru nəfəslə hesab çəkirdi.

    Quru nəfəslərdi, yoxlanılırdı...
    Şərnaz hesabdara şəyird ayazdı!
    ...oydu ki, hesabdan qalan nəfəsə
    bir nəfəsə üç bənd şer də yazdım!

    ...lütfündən mən lütfən lütf də dilədim,
    əlini üç bəndin üçünə çəkdi.
    ...çəkdim nəfəsimi içimə, lütfən!
    Cəllad da nəfsini işinə çəkdi.

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR