AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaq Avroviziyası - 2021-in qalibi bəlli oldu - VİDEO

  • + A
  • - A
  • 19-12-2021, 22:04

    Uşaq Avroviziyası - 2021-in qalibi bəlli oldu - VİDEO
    Fransanın paytaxtı Parisdə Uşaq Avroviziyası-2021 mahnı müsabiqəsi başlayıb.

    Kult.az xəbər verir ki, Azərbaycanı müsabiqədə "O günlərdən biri" (One of those days) mahnısı ilə Sona Əzizova təmsil edir.

    Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

    Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz.

    Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

    ***

    Fransanın paytaxtı Parisdə Uşaq Avroviziyası – 2021 mahnı müsabiqəsi keçirilib.

    Müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb.

    Qeyd edək ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edib. Azərbaycan 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR