“Azərbaycanla həmsərhəd olan ölkələrdə artıq “Omikron” ştamı qeydə alınıb və yayılmaqdadır".
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir əvəzi qeyd edib ki, Azərbaycana da “Omikron”un gəlməsi və yayılması zamana bağlı məsələdir.
"Ştam ölkəmizdə peyda olsa və yayılmağa başlasa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.