AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yekaterinburqda Wildberries anbarına zərbə endirilib

  • + A
  • - A
  • Bu gün, 09:56

    Yekaterinburqda Wildberries anbarına zərbə endirilib

    Rusiyanın Yekaterinburq şəhərində Wildberries şirkətinin Çkalovski rayonunda yerləşən anbarına zərbə endirildiyi bildirilir.

    Hadisə zamanı anbarın üzərində qara tüstü sütunu müşahidə olunub və güclü partlayışa bənzər səs eşidilib. Bu barədə yerli E1.RU nəşri məlumat yayıb.

    İlkin məlumatlara əsasən, hadisənin pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verdiyi bildirilir. Bəzi yerli mənbələr anbarın damına üç dronun düşdüyünü və bundan sonra yanğın başladığını yazır. Hadisə yerindən 800 nəfərin təxliyə edildiyi, ölən və xəsarət alanların olmadığı qeyd olunur.

    Hazırda bölgədə pilotsuz uçuş aparatları təhlükəsi rejimi qüvvədədir. Hadisənin təfərrüatları və anbara dəyən ziyanın həcmi dəqiqləşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR