AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək pensiyalarının artırılması TƏKLİF EDİLİR - 2025-ci ilədək...

  • + A
  • - A
  • 29-12-2021, 12:33


    Minimum pensiyanın məbləği qaldırılmayıb. Biz fəaliyyət göstərdiyimiz dövrdə əmək haqqımız nə qədər yüksəkdirsə və hansı həcmdə sığorta ödənişləri etmişiksə, əmək pensiyasını da yüksək alacağıq.

    Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında deyib.

    O bildirib ki, minimum əmək haqqı ilə əmək pensiyası arasında bağlılıq var: "Bu balans qorunmaqla artım həyata keçirilir. 2025-ci ilə qədər əmək pensiyalarının artırılmasıyla bağlı təkliflər təqdim olunacaq".


    O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 müəyyən edilib, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb", - deyə sədr əlavə edib.

    Onun sözlərinə görə, gələn il üçün DSMF-nin xərcləri 5307 mln. manat proqnozlaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR