Amerika lideri Co Bayden növbəti dəfə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dövlət başçısı təyin edib.
AzadMedia.az "Fox News"a istinadən xəbər verir ki, bu, cəmiyyət və siyasətçilər tərəfindən "Baydenin eyni səhvi üçüncü dəfə təkrarlaması" kimi qəbul olunub.
Bundan əlavə, Bayden çıxışı zamanı digər səhvlərə də yol verib. Belə ki, ABŞ lideri Rusiya prezidenti Vladimir Putinin də adını səhv tələffüz edib, “peyvənd” və “eskalasiya” sözlərini, həmçinin Suriyanı Liviya, İraqı isə İranla qarışdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.