AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Tatyanoba kənd Şəhidi Rəşid Lətifovun cənnətdəki doğum günü mərasimi keçirilib - FOTO

  • + A
  • - A
  • 16-01-2022, 18:52

    Masallı rayonu Tatyanoba kənd Şəhidi Rəşid Lətifovun cənnətdəki doğum günü mərasimi keçirilib - FOTO
    Masallı rayonu Tatyanoba kənd Şəhidi Rəşid Lətifovun cənnətdəki ad günü mərasimi təşkil olunub.



    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonu Tatyanoba kəndinin 44 günlük Vətən müharibəsi Şəhidi Lətifov Rəşid Güləhməd oğlunun mərasimində Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Hacı Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Masallı rayonu Cümə məscidinin axundu Hacı Məftun, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və başqaları iştirak ediblər.[/b]


    Cənnətdəki ad günü münasibətilə Tatyanoba kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, mərasim iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Belə ki, mərasimdə Rəşid Lətifovun şərəfli həyat yolundan, vətənpərvərliyindən danışılıb.
    Mərasimdən sonra ziyarətçilər üçün ehsan süfrəsi açılıb.

    Qeyd edək ki, Millət vəkili Məşhur Məmmədovun adından köməkçiləri Hacı Hekayət Nəzərov, Rəmzi Şahverdiyev şəhidin ailə üzvlərinə baş sağlığını çatdırıblar.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR