AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhər Digah qəsəbəsi Şəhidi İbadov Cavadın əziz xatirəsi doğum günündə yad edilib - FOTO

  • + A
  • - A
  • 11-12-2021, 09:35


    Masallı şəhər Digah qəsəbəsi Vətən müharibəsi Şəhidi İbadov Cavad Cabir oğlunun doğum günü münasibəti ilə əziz xatirəsi yad edilərək məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

    Azadmedia.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Anım günündə Masallı şəhər Millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, Masallı RİH başçısının şəhər üzrə ərazi nümayəndəsi Əbülfəz Nuriyev, Masallı RiH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nurlan Muradov və Şəhidin qardaşı iştirab edib.



    Qeyd edək ki, Şəhidin məzarı önünə gül dəstələri qoyularaq, Şəhid İbadov Cavad Cabir oğlu başda olmaqla, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

    Xatırladaq ki, Masallı şəhər 70saylı dairənin Millət vəkili Məşhur Məmmədovun köməkçiləri ənənəvi olaraq Masallı rayonu Aprel döyüşləri və Vətən müharibəsi Şəhidləri məzarlarını doğum günləri münasibəti ilə hər zaman ziyarət edir, əziz xatirələrini yad edirlər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR