AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran bu təşkilata qayıtdı

  • + A
  • - A
  • 17-01-2022, 15:28

    İran bu təşkilata qayıtdı

    İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatına qayıdıb.

    Azadmedia.az xəbər verir ki, 3 iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən ofisində fəaliyyətini bərpa edib.

    Səudiyyə Ərəbistanı iranlı diplomatlara viza verib və onlar Ciddə şəhərinə yola düşüblər.

    Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisində "Ənsar Allah" hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlayıb. İran isə Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qələmə verib. Ər-Riyad öz növbəsində Tehranı husiləri dəstəkləməkdə ittiham edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR