AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hollandiya - Türkiyə - Azərbaycan birliyi” cəmiyyətinin sədri İlhan Aşkın Masallıda olub - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 17-01-2022, 21:40

    “Hollandiya - Türkiyə - Azərbaycan birliyi” cəmiyyətinin sədri İlhan Aşkın Masallıda olub - FOTO - ÖZƏL

    “Hollandiya - Türkiyə - Azərbaycan birliyi” cəmiyyətinin sədri İlhan Aşkın Masallıda olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 17.01.2022 ci il tarixində Hollandiya - Türkiyə - Azərbaycan Birliyi Cəmiyyətinin sədri Azərbaycan diaspor təşkilatı olan Niderland- Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın Masallı rayonuna səfər edib.

    Eyni zamanda, İlhan Aşkın Masallıda bir qrup qazilərlə görüşüb.

    Görüşdə Masallı rayonu İcra Hakimiyyəti başçısı cənab Şahin Məmmədov və Aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Vətən Müharibəsi iştrakçıları və media nümayəndələri iştirak ediblər.


    Tədbir iştirakçılarını salamlayan İcra başçısı İlhan Aşkın və gələn qonaqlara təşəkkürlərini bildirib.

    Belə ki, İlhan Aşkın Masallı Qazilərinə 2 ədəd və mülki vətəndaşlara 2 ədəd əlil arabası hədiyyə edib.

    İcra Hakimiyyəti başçısı cənab Şahin Məmmədovun rəhbərliyində əlil arabaları qazilərə və mülki vətəndaşlara təqdim edilərək onlara can sağlığı arzu edilib. Eyni zamanda İcra başçısı, İlhan Aşkın başda olmaqla cəmiyyətin bütün əməkdaşlarına və gələn qonaqlara minnəttarlığını qeyd edib.

    Həmçinin cənab Şahin Məmmədov millət vəkili Məşhur Məmmədovun Masallı rayonundakı xeyriyyə işləri barədə bir sıra məqamları vurğulayıb. Belə ki, cənab Ş.Məmmədov, millət vəkili Məşhur Məmmədovun rayon üçün tikdirdiyi iki uşaq bağçası, şəhidlər xiyabanı və digər xeyriyyə işləri barədə tədbir iştirakçılarına geniş şəkildə bəhs edərək millət vəkili Məşhur Məmmədova rayon camaatı adından dərin təşəkkürlərini diqqətə çatdırıb.

    Görüşdən sonra Qəhrəmanlar parkına gələn İlhan Aşkın Masallıda yenidən qurulan “Qəhrəmanlar parkı”nı qazilərimizlə birlikdə ziyarət edərək şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub.

    Qeyd edək ki, Gənc Qazilər İctimai Birliyinin Masallı rayon filialının sədri, Vətən Müharibəsi qazisi, Bəxtiyar Salayev, İlhan Aşkına qazilərimizə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək ona “Gənc Qazilər “ İB-nin Plakatını təqdim edib.

    Görüşün sonunda xatirə şəkli çəkdirilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR