Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
24 Yanvar 2022-ci il tarixində 757 yoluxma faktı və 9 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.