Balığın qiyməti də bahalaşıb. Alıcılar ötən illə müqayisədə bahalaşmanın 3-5 manat arasında olduğunu deyirlər. Satıcılar dəniz balıqlarının qiymətinin artıdığını təsdiqləyirlər. Bildiriblər ki, yerli təsərrüfatlarda yetişdirilən balıqların qiymətində isə ciddi dəyişiklik yoxdur.
Uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov deyib ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir.
Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən - İran və Rusiyadan gətirilir.