Politoloq Ülkər Piriyeva -Azadmedia.az-a verdiyi açıqlamasında, “Bayden Türkiyə ilə konstruktiv münasibətlərin davam etdirilməsi yönündə olduqca açıq mesajlar verdi”, - deyə qeyd edib.Ötən gün Türkiyə Cumhuriyyəti Prezident Recep Tayyip Erdoğan və ABŞ Prezidenti Co Bayden İtaliyanın paytaxtı Romada keçirilən G-20 Liderlər Zirvəsi çərçivəsində görüşü baş tutdu.
İki ölkə lideri arasında baş tutan görüşdə Türkiyə nümayəndə heyətindən XİN naziri Mövlud Çavuşoğlu, Prezidentin sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan, Baydeni isə, ABŞ dövlət katibi Toni Blinken, Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivian və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə direktoru Amanda Sloat müşayiət etdi.
Görüşdən sonra Erdoğan açıqlamasında, Suriyada PKK, PYD və YPG-yə verilən dəstəkdən təəssüfləndiyini bildirib. Görüş zamanı xarici işlər nazirləri və müdafiə nazirlərinin daha tez-tez görüşməsi lazım olduğunu deyən Erdoğan, "İndiyə qədər olan bu proses belə davam etməyəcək" deyib. O, görüşdən sonra verilən açıqlamada “birgə mexanizm” ifadəsinin maliyyə və xəzinədarlıq rəsmiləri ilə xarici işlər nazirlərinin daha sıx görüşü ilə bağlı olduğunu izah edib.
Erdoğan: “Biz F-35-dən yaranan ödənişimizi daha yaxşı mövqeyə necə daşıya biləcəyimizə diqqət yetirdik. F-16-lar ön plana çıxdı. Əlimizdə olanların modernləşdirilməsi və ya yeni F-16-ların alınması ön plana çıxdı. Müdafiə nazirlərimiz prosesi izləyirlər. Mən cənab Baydenin müsbət yanaşmasını gördüm. Bunun başqa bir ölçüsü Nümayəndələr Palatası və Senatdır. Baydenə dedik: "İndi burada artıq bir ağırlığınız var və bu məqamda diqqətinizi gözləyirik".
Beləliklə, müsbət atmosferdə keçən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Görüş zamanı iki lider Türkiyə-ABŞ əlaqələrinin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün birgə iradə bəyanatı veriblər. Bu istiqamətdə birgə mexanizmin yaradılması razılaşdırılıb.
ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkiyə ilə konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və münaqişələri effektiv idarə etmək arzusunda olduğunu bildirib.
İki ölkə arasında ticarət həcminin artırılması üçün ortaq perspektivə uyğun olaraq qarşılıqlı addımların müzakirə edildiyi görüşdə NATO müttəfiqliyi və strateji tərəfdaşlığın əsasları vurğulanıb.
Liderlərin görüşündə Suriyadakı siyasi proseslər, Əfqanıstanda ehtiyacı olanlara humanitar yardımın çatdırılması, Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və bunlardan əlavə, Qafqazın cənubunda diplomatik səylərin ön plana çıxdığı vurğulanıb.
Bayden həmçinin sülh və firavanlıq üçün güclü demokratik təsisatların, insan hüquqlarına hörmətin və qanunun aliliyinin vacibliyini vurğulayıb.
ABŞ prezidenti tərəfindən iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı və Türkiyənin NATO üzvü kimi əhəmiyyətini təsdiqlədiyi, Türkiyənin Əfqanıstandakı NATO missiyasına 20 ilə yaxın müddətdə verdiyi töhfəni yüksək qiymətləndirdiyini, digər tərəfdən isə, ABŞ-ın Türkiyənin Rusiya S-400 raket müdafiə sisteminə sahib olmasından duyduqları narahatlıq dilə gətirilib.
Bayden prezident Erdoğanla görüşündə Türkiyə ilə konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və münaqişələri effektiv idarə etmək arzusunda olduğunu bildirib.
Görüş zamanı iqlim dəyişikliyi ilə bağlı atılan qarşılıqlı addımlardan da məmnunluq ifadə olunub.
Bir sözlə, iki lider çox konstruktiv görüş keçirdi. Xüsusilə Bayden bu görüşdə Türkiyə ilə konstruktiv münasibətlərin davam etdirilməsi yönündə olduqca açıq mesajlar verdi.