Masallı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sərgi təşkil olunub
Masallı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının ildönümü ilə əlaqədar sərgi açılıb.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.
Qeyd edək ki, 21 - 26 fevral tarixlərini əhatə edəcək sərgi Xocalı soyqırımının təsviri əsərlər vasitəsilə ifadə edilməsi və bədii təcəssümü, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərilmiş mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə açılıb.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR