AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fevral ayının 22-də Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində münasibətlərin yüksələn xətt üzrə inkişafına yeni dinamika verəcək “Moskva Bəyannaməsi” imzalandı

  • + A
  • - A
  • 12-03-2022, 21:47

    Fevral ayının 22-də  Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının  30 illiyi ərəfəsində münasibətlərin yüksələn xətt üzrə inkişafına yeni dinamika verəcək “Moskva Bəyannaməsi” imzalandı


    Rövşən Əhmədov
    Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri


    Fevral ayının 22-də Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində münasibətlərin yüksələn xətt üzrə inkişafına yeni dinamika verəcək “Moskva Bəyannaməsi” imzalandı. Ötən dövr ərzində əməkdaşlıq sahəsində görülən işləri təhlil etdikdə aydın olur ki, iki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu ölkələri qədim tarixi köklər bağlayır. Xalqlarımız iki yüz ilə yaxın dövrdə bir dövlətin tərkibində yaşayıb. Azərbaycanla Rusiya həm də həmsərhəd ölkələrdir. Rusiyada təqribən iki milyona yaxın azərbaycanlının yaşaması, eyni zamanda çoxlu sayda rus xalqının nümayəndəsinin Azərbaycanda yaşaması bu xalqların bir-birilə sıx əlaqədə olmasının sübutudur.

    Müdrik siyasətçi Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını rəhbər tutaraq, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkə daxilindəki siyasi böhranı aradan qaldırdı, mahir bir diplomat kimi xarici siyasət sahəsində bir çox dövlətlərlə münasibətləri qaydaya saldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar atəşkəs elan olundu. Dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. İqtisadiyyatı bərpa etmək və ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Xarici siyasətdə isə yaxın qonşularla birinci növbədə, Rusiya ilə münasibətlərin yeni aspektdə və qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etdirilməsinin bünövrəsi qoyuldu.
    Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ildə Rusiyaya rəsmi səfəri isə Qəbələ RLS-nin 10 illik icarəyə verilməsi ilə əlaqədar iki dövlət arasında sazişin imzalanması ilə yadda qaldı.

    Rusiya ilə bərpa edilən xoş münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ermənistan tərəfindən işğal olunan torpaqlarımız 44-günlük Zəfər Müharibəsi ilə azad ediləndə Rusiyanın tutduğu mövqe cənab İlham Əliyevin uzaqgörən bir siyasətçi olduğunu sübut etdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət başçısı kimi ilk səfərlərindən birini 2004-cü ilin fevralında Rusiyaya etmişdi. Rusiya prezidenti Vladimir Putin bu məqamı çox yüksək qiymətləndirmişdi: "Mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi Moskvada salamlamağıma ürəkdən şadam. Bu, onun yeni vəzifədə - Prezident vəzifəsində xaricə ilk səfərlərindən biridir. Biz bunu Rusiya-Azərbaycan münasibətlərinə diqqət əlaməti kimi qiymətləndiririk".

    Azərbaycan və Rusiya arasında bağlanmış sazişlər, görülən işlər, əməkdaşlıq, qarşılıqlı əlaqələrin inkişafı onu sübut edir ki, yaxın qonşumuzla imzalanan müttəfiqlik bəyannaməsi ölkəmiz üçün yeni imkanlar açacaq, davamlı əməkdaşlığa güclü təkan verəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR