AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır

  • + A
  • - A
  • 5-03-2022, 11:00

    Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır

    Rövşən Əhmədov
    Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kremldə imzaladıqları qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək. Bu bəyannamə onu sübut edir ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır. Əldə edilmiş razılaşma həm Cənubi Qafqazda sülhün bərqərar olmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində Rusiyanın Ermənistana təzyiqinin artmasına gətirib çıxaracaqdır.
    Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Yüksələn xətt üzrə daha sürətlə inkişaf edən əlaqələr, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verir. Məhz iki ölkənin Prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR