AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada videokartların qiyməti kəskin bahalaşdı

  • + A
  • - A
  • 14-03-2022, 16:00

    Rusiyada videokartların qiyməti kəskin bahalaşdı

    Rusiyada mağaza və pərakəndə satış şəbəkələrində kompüterin digər avadanlıqları kimi, videokartların da qiyməti kəskin artıb. “NVIDIA GeForce RTX 3050” modelinin ən yeni versiyası əvvəl 25 min rubla (təxminən 377 manat) satılırdısa, indi 80-120 min (1.207-1.811 manat) arasında təklif olunur. RTX-3090 modelinin qiyməti isə 500 min rublu (7.665 manat) ötüb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Məlumata görə, əvvəl də baha olan videokartların qiymətlərinin artması rublun dəyişkənliyi və daşınma problemlərilə bağlıdır. İndi ən sərfəli variantları reklam saytları və ya Çin onlayn mağazalarında özəl treyderlər təklif edir. Avropa bazarında da videokartların qiymətində artım müşahidə olunur. “AMD Radeon” qrafik kartlarının orta qiyməti 35% yüksəlib. “NVİDIA” videokartları isə öz növbəsində orta hesabla 41% bahalaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR