AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Eskişehir Azərbaycanlılar Dərnəyi”nin qonağı Özgür Can Akdağ “Dizayndan sahibkarlığa” adlı mövzuda məruzə ilə çıxış edib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 25-03-2022, 07:47

    “Eskişehir Azərbaycanlılar Dərnəyi”nin qonağı Özgür Can Akdağ “Dizayndan sahibkarlığa” adlı mövzuda məruzə ilə çıxış edib - FOTO - ÖZƏL

    23.03.2022 tarixində Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi ənənəvi Çərşənbə Söhbətinin bu həftəki qonağı Özgür Can Akdağ “Dizayndan sahibkarlığa” mövzusunda çıxış edib.

    Azadmedia.az-ın Türkiyə Eskişehir bürosundan verilən xəbərə görə, O, öz həyatından nümunələr gətirərək qarşıya qoyduğumuz məqsədlərə uğurla çatmağın mümkünlüyünü izah edib. Uğurun əsas şərtinin özünə güvənmək və nəyisə ürəkdən istəmək olduğunu vurğulayıb. O, iş həyatına başlayanda fikrini həyata keçirmək üçün cibindəki salfetin üzərinə rəsm çəkib, sonra isə bu işə uyğun həmkarlar axtarıb. Öz işinin müdiri olmaq daha çox məsuliyyət almaqla yanaşı, çevik işləməyə və müdirlərin laqeydliyinə qarşı daha müsbət nəticələr yarada biləcəyi müzakirə olunub.

    Qeyd edək ki, dinləyicilərin sualları cavablandırıldıqdan sonra dəyərli məlumat paylaşdığına görə Özgür Can Akdağ bəyə “Təşəkkürnamə” təqdim olunub və xatirə şəkli çəkdirilib.

    Eskişehir Azərbaycanlılar Dərnəyi
    Layihə koordinatoru
    Fin.Uzm. Bəxtiyar Qarayev







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR