AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə “Eskişehir Azərbaycanlılar Dərnəyi” Güney Azərbaycanlı Fotoqraf Musəvinin “Fotoqrafiya Sənəti” adlı təqdimatını keçirib

  • + A
  • - A
  • 3-12-2021, 08:00



    Görkəmli güney Azərbaycanlı fotoqraf Haadi Musəvinin “Fotoqrafiya Sənəti” adlı təqdimatı təşkil olunub.

    Azadmedia.az-a Türkiyə bürosundan verilən məlumata görə, 01.12.2021-ci il tarixində "Eskişehir Azərbaycan Dərnəyi" tərəfindən
    Güney azərbaycanlı fotoqraf Haadi Musəvinin Türkiyədə “Fotoqrafiya Sənəti” adlı təqdimatı keçirilib.

    Belə ki, bu il keçirilən "Eskişehir Müvəffəqiyyət Mükafatları"nda “İlin Fotoqrafı” adına layiq görülən H.Musəvi təqdimatı zamanı fotoqrafiyanın mühüm məqamlarına toxunub.

    Bundan əlavə, texniki məlumatların yer aldığı çıxışında o, ixtisası olan “Mənzərə Fotoqrafiyası” ilə bağlı çəkdiyi xüsusi şəkilləri izləyicilərlə bölüşüb.

    Qeyd edək ki, görkəmli Fotoqraf, Fotoqrafiya sənəti ilə məşğul olmaq istəyən gənclərin suallarını cavablandırıb.

    Sonda Haadi Musəviyə Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən “Təşəkkürnamə” təqdim edilib.

    Nurlan Rəşidov - Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər Birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR