Türkiyənin müdafiə naziri Hulusi Akar Qətərin paytaxtı Dohada keçirilən Beyəlxalq Forum çərçivəsində keçirilən panel iclasa qatılıb.
O, Türkiyənin NATO daxilindəki rolundan danışıb.
“Şübhəsiz ki, Türkiyə NATO müttəfiqləri, dostları və tərəfdaşları qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə davam edir. Bölgəmizdə və dünyada sülh, təhlükəsizlik, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinə töhfə verir. Türkiyə Balkanlardan Yaxın Şərqə, Əfqanıstan və Qafqazdan Afrikayadək və onun hüdudlarından kənarda NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcək”, - deyə nazir bəyan edib.
Türkiyənin həmişə sülh üçün çalışdığını vurğulayan Akar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk gündən Ukrayna və Rusiya liderləri ilə təmasda olduğunu, hər iki ölkənin liderləri ilə dəfələrlə üz-üzə və ya telefonla görüşdüyünü, eyni şəkildə türkiyəli nazirlər və rəsmilərin də ukraynalı və rusiyalı həmkarları ilə müntəzəm əlaqə saxladıqlarını diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.