AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

31 mart – Azərbaycanlıların Soyqırımı günüdür.

  • + A
  • - A
  • 29-03-2022, 13:00

    31 mart – Azərbaycanlıların Soyqırımı günüdür.
    Nazim Bünyatov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    31 mart- Azərbaycanlıların Soyqırımı günü ərəfəsində Ermənistan həm siyasi meydanda, həm də Qarabağ ərazisində yenidən fəllaşaraq pozucu fəaliyyətini genişləndirmişdir. Bütün bunlar son dövrlər dünyada baş verən siyasi proseslərin fonunda baş verir. Rusiya ilə Ukrayna arasında başlayan müharibənin baş vermə səbəbləri, dünya siyasətində rol oynayan böyük dövlətlərin və Beynəlxalq təşkilatların tutduqları mövqe, yeritdikləri siyasət heç kəsdə dünya düzəni barədə təhlillər aparmağı və nəticələr çıxarmaqda çətinlik yaratmır.

    Öz mənafeləri üçün 2 böyük dövlətin Rusiya və Ukraynanı müharibənin başlanmasına qədər təhrik edən siyasi kartlar artıq açılmağa başlayır. Kartlar açıldıqca gizli məqamlar, demokratiya pərdəsi altında oynanılan oyunlar meydana çıxır.

    Radikal çıxışlar, populist vədlər (lap elə həqiqət də olsa) bir ölkənin viran qalmasına, xalqın fəlakətə düçar olmasına gətirib çıxarırsa həmin ölkənin rəhbərlərinin timsalında qəhrəman obraz yaratmaq lazım deyil. Ağıllı rəhbər odur ki, başqalarının qızışdırıcı, təhrikedici oyunlarına öz ölkəsinin mənafeyi nöqteyi-nəzərindən yanaşsın, ölkə və xalqın mənafeyinə xidmət edən siyasət yürütsün.

    Bu nöqteyi nəzərdən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşmış siyasətin nə qədər uzaqgörən və düzgün olduğunu artıq göz önündədir.

    31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində ermənilər xüsusi canfəşanlıq göstərirlər. Ancaq ermənilər bir vacib məsələni unudurlar. Azərbaycan 1918-ci ildəki ölkə deyil. İndi Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, əsrlər boyu müxtəlif adlar və hakimiyyətlər dövründə torpağından məhrum edilən bir ölkə deyil, zaman-zaman itirdiyi torpağı geri alan qalib bir ölkədir. O ölkə ki, güclü modern orduya, yumruq kimi birləşmiş xalqa və dünya siyasətinə dərindən bələd olan, uzaqgörən bir liderə- Müzəffər sərkərdəyə malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR