“Biz Rus televiziya redaktorlarının diqtəsi ilə dövlət idarə etmirik” – Tehran Oruc oğlu - AÇIQLAMA
“Biz istər 44 günlük Vətən müharibəsində, istər ondan öncə və indi də “rus təbliğat maşınının” necə işlədiyini çox yaxşı bilirik. Bu gün o tv kanalların yayımı Azərbaycanda dayandırılmalıdır!”.
Bu fikirləri Azadmedia.az-a açıqlamasında siyasi şərhçi Tehran Orucoğlu səsləndirib. Rusiyanın bəzi televiziya kanallarının apardığı təbliğat barəsində danışan politoloq Azərbaycanın bu mövzuda humanizm nümayiş etdirməməli olduğunu deyir. “Bu ölkənin televizya kanallarının birində çıxış edən siyasətçi deyir ki, “Bakını da bombalamalıyıq”. Bu zehniyyətə sahib olan bir televiziya Azərbaycanda yayım apara bilməz. Aidiyyatı qurumlar, yəqin ki, məsələyə baxırlar. Ümüd edirik ki, bununla bağlı tədbir görüləcək. Bu gün ölkəmizə qarşı bu kanallardan barmaq silkələyənlərin qəzəbini yaxşı anlayırıq. Erməni lobbisinin təsirində olan tv verlişləri qeyri peşəkarlıq, beynəlxalq tv yayım qanunları pozaraq, terrorizmi təbliğ etməkdədirlər. Qərəzli yanaşma isə bu günün problemi deyil. Geridə qoyduğumuz 30 il ərzində Rusiya telekanallarının əksəriyyətində, siyasətə həsr etdikləri bütün verlişlərdə Azərbaycana qarşı nifrət dolu proqramlar hazırlayıblar. Azərbaycan haqq yolundadır. Biz hansısa rus siyasətçinin və ya politoloqunun, hazırladığı verlişlərin redaktorlarının diqtəsi ilə dövlət idarə etmirik. Alışıb yanmalarıda anlaşılandır. Odur ki, tezliklə özlərinə gəlsinlər. İlk öncə daxili problemlərini həll etsinlər. Azərbaycan haqqında fikir mübadiləsi aparmaq belə cılız insanların həddi üçün deyil”, - deyə Tehran Orucoğlu əlavə edib.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR