AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiya iclası keçirilmişdir

  • + A
  • - A
  • 30-03-2022, 17:50

    Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiya iclası keçirilmişdir

    Martın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilmişdir.

    İclasdan öncə 1918-ci ilin mart - aprel aylarında erməni-daşnak millətçiləri tərəfindən Bakıda başlanan və bölgələrdə davam etdirilən soyqırım aktı zamanı 50 mindən çox azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirilməsi,​ minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni abidələrin dağıdılaraq məhv edilməsi qeyd edilməklə miqyası və amansızlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları və bütün şəhidlər ehtiramla anılmış, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və qazilərimizə şəfa dilənmişdir.

    Xüsusi vurğulanmışdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 80 il sonra erməni millətçilərinin hərəkətlərinə ilk dəfə hüquqi-siyasi qiymət verilməklə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

    Kollegiya iclasında çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinin önəmini qeyd etmişdir.

    Baş prokuror həmçinin işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il və 3 mart 2022-ci il tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
    Qeyd olunan məsələlərlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış etmişlər.
    Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirmişlər.
    İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR