AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

31 Mart faciəsi Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir

  • + A
  • - A
  • 31-03-2022, 19:22

    31 Mart faciəsi Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir

    Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciəli, soyqırımlı səhifələr də vardır. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən, minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını – ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

    Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır.

    Prezident cənab İlham Əliyev Quba şəhərində “Soyqırım memorial kompleksi” yaradılmasına qərar vermiş və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək demişdir: “1918-ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki,bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur… Bakı soyqırımı, Quba soyqırımı, İkinci dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımınin 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

    Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır.

    Nicat Abbas:
    "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyin Mətbuat katibi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR