Şagirdlər üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri təşkil edilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Peşə təmayüllü siniflərin şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri təşkil edilib. Təcrübə səfərində Masallı şəhər 4 saylı tam orta məktəbin 11-P sinfinin IT ixtisas qrupunun şagirdləri iştirak ediblər.
Şagirdlər əvvəlcə Mərkəzin ekspozisiya sərgi zalında yerləşən eksponatlarla tanış olublar. Bələdçi Şəfa Xəlilova şagirdlərə ulu öndər Heydər Əliyevin Masallıya olan səfərlərindən, təhsilin inkişafına verdiyi töhfələrdən, gəncliyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Səfər çərçivəsində Mərkəzin əməkdaşı Çingiz Quliyev “Photoshop CS6” proqramında şəkilləri redaktə edib, çap əməliyyatlarını şagirdlərə əyani olaraq göstərib. Daha sonra şagirdlər Mərkəzin “Komputer kursları” kabinetində təşkil olunan dərslərdə iştirak edib, IT ixtisası ilə bağlı real iş mühiti ilə yaxından tanış olublar.
Ülkər Piriyeva