İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq miqyasda qazandığı uğurlar nəinki təkcə Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir
Rövşən Əhmədov,
YAP Ağcabədi təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkədə inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, gələcəkdə iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və gözlənilən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir.
Bu gün müəyyən təşkilatlar daxilində birləşmiş insanlar, ayrı-ayrı vətəndaşlar dövlət başçısına olan etimadlarını birmənalı şəkildə nümayiş etdirirlər. Bunlar isə ona dəlalət edir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq miqyasda qazandığı uğurlar nəinki təkcə Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Keçirilən bütün rəy sorğularının nəticələri də onu bir daha sübut edir ki, Azərbaycan xalqı öz gələcək xoşbəxtliyini bu siyasətdə görür. Prezident İlham Əliyev dünyada da nüfuzlu, uzaqgörən lider kimi tanınır.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası olduqca mühüm önəm daşıyır. Ölkəmiz heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponentinin əsasını təşkil edir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən başlıca amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabit bir ölkə kimi səciyyələndirilir. Ekspertlərin də qeyd etdikləri kimi, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.