AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi hadisə olan VII Qurultayda Partiyamızın strateji hədəfləri müəyyən edildi

  • + A
  • - A
  • 5-03-2022, 23:00

    Tarixi  hadisə olan VII Qurultayda Partiyamızın strateji hədəfləri müəyyən edildi

    Rövşən Əhmədov
    Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri


    30 il öncə tarixi zərutətdən, zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının VII Qurultayından artıq bir il ötür. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, ağır şəraitdə yaradıldıqdan sonra qısa bir müddət ərzində artıq ümumxalq partiyasına çevrildi. Bununla da Azərbaycanın tarixində yeni bir eranın, inkişaf mərhələsinin əsası qoyuldu. Ulu Heydər Əliyev arzularının layiqli davamçısı, onun ideyalarına sadiq qalıb bütün sahələrdə davamlı inkişafa nail olan Yeni Azərbaycan Partiyasının VII Qurultayı da, ölkəmizin ictimai-siyasi həyatında önəmli bir hadisə oldu. Qurultayda qəbul olunmuş qərarlar, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi partiyamızın, eləcə də müstəqil Azərbaycanımızın gələcək fəaliyyət proqramıdır.

    30 ilə yaxın müddətdə zamanın çətin sınaqlarından uğurla çıxmış, siyasi meydanda sözünü demiş Yeni Azərbaycan Partiyası Azərbaycanı yeni zirvələrə aparır, ümummilli lider Heydər Əliyev siyasi irsinə sadiq qalaraq ölkəmizin dinamik inkişafına və cəmiyyətin tərəqqisinə şərəflə, ləyaqətlə xidmət göstərir. Partiyamızda tarixi hadisə olan VII Qurultayda Partiyamızın strateji hədəfləri müəyyən edilmişdir. Partiyamız qloballaşan dünyada doğma Azərbaycanımızın qüdrətlənməsi naminə dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birlik, həmrəylik nümayiş etdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yeniliklər gətirib, əməkdaşlığın yeni formatlarını sürətləndirib. Ölkəmiz zamanla qarşıya qoyulan bütün hədəflərə, məqsəd və vəzifələrə çatır. Prezidentimizin yüksək intellekti və diplomatik məharəti milli maraqların qorunmasında qətiyyət və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial – iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurlar və xarici siyasətdə nailiyyətlər qazanmasında mühüm rol oynadı. Xalq-iqtidar birliyinin möhkəmlənməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi Vətən müharibəsi zamanı özünü parlaq şəkildə göstərdi. Müharibə dövründə ölkə vətəndaşları etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi ki, bu da milli həmrəyliyimizin və vətəndaş birliyinin təcəssümü idi.
    Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

    Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazdır. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

    YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır.

    Ümümiyyətlə, siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR