AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərkivan qəsəbəsində Qazilər üçün iftar süfrəsi verilib - Masallı

  • + A
  • - A
  • 12-04-2022, 03:25

    Ərkivan qəsəbəsində Qazilər üçün iftar süfrəsi verilib - Masallı

    Masallıda qazilər üçün iftar süfrəsi təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir verir ki, Ərkivan qəsəbəsində şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov qazilər üçün iftar süfrəsi açıb.

    İftar süfrəsi zamanı müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılıb, “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

    Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov, din xadimi Həmid Məmmədov, I və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Camaləddin Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən danışaraq Ramazan bayramını artıq iki ildir ki, qalib xalq kimi qeyd etdiyimizi vurğulayıblar.

    Sonra, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlmiş mayor Anar Novruzovun həyat və döyüş yolundan bəhs edən video materilallar izlənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR