İkinci Qarabağ savaşına qədər Azərbaycan çox sürətlə inkişaf edirdi, qurucusu Ulu Öndər Heydər Əliyev olan Azərbaycanın cəmi 27 yaşı var idi desək yanılmarıq, 1993-cu ildən 2020-ci ilə qədər, mümkün olandan qat-qat artıq uğurlar əldə etmişdir dövlətimiz, kifayət qədər dünyada tanınmışdır və yüksək nüfuza sahib idi, sözünün çəkisi var idi. İkinci Qarabağ savaşından sonra isə, vəziyyət daha da yaxşıya doğru sürətlə dəyişdi, qalib ölkə olan Azərbaycan bütün dünyanın diqqət mərkəzinə çevrildi, Azərbaycana qarşı maraqlar artdı, iş birliyi üçün çoxlu təkliflər gəlməyə başladı, hələ də bu təkliflər artan dinamikayla davam edir, bu gün turist kimi dünyanı gəzmək istəyən insanların ən çox, ən birinci görmək istədiyi ölkə Azərbaycandır. Bütün dünya dövlətlərinin marağı, diqqəti bu gün Azərbaycan üzərindədir, təbii ki, bu sürətli inkişafımızın sürətini daha da artıracaqdır. Azərbaycan bu gün elə bir tarixi nailiyyət, uğur əldə edib ki, ola bilər vətəndaşların bir çoxu tam olaraq bunun, tam mahiyyətini dərk etməsin, amma zamanla hər kəs anlayacaq bunu, daha dərindən. Azərbaycanın bu gün əldə etdikləri, bu günkü gücü ona imkan verir ki, növbəti illərdə daha böyük zirvələrə qalxmağa nail olsun. Bu gün heç bir dünya dövləti sürətli uğurlu inkişaf üçün, bizim indi ki, gücümüzə sahib deyil. Təbii ki, 10 il müddətində Ümummilli Lider Heydər Əliyevin, 19 il müddətində isə Müzəffər Prezident İlham Əliyev sayəsində, ümumi 29 il ərzində uğurlu siyasət hesabına bu güc əldə olunmuşdur. Bu güc hesabına, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin çox uğurlu addımlar atıb, daha yüksək inkişaf yolunu keçəcəyinə inam böyükdür Azərbaycan xalqında, bu inam heç zaman sarsılmadı, sarsılmayacaqdır.
Qısa zaman ərzində Azərbaycanın inkişafı, uğurları demək olar ki, bir çox dövlətləri heyrətə gətiribdir. Ancaq Qarabağ savaşından sonra yaxın illərdə tamam ayrı mənzərə olacaqdır, dünya tarixində heç bir dövlətin qazana bilmədiyi uğurları qazanacaqdır dövlətimiz, görüləcək işlər ona hesablanıb, bunu deməyə əsas verir.
Bütün bu uğurlar dövlətimizi inkişaf elətdirib, bütün dünyada tanıtmaqla yanaşı, eyni zamanda əhalinin maddi rifahını yaxşılaşdırır günü-gündən.
Mircalal Mehdiyev
Lənkəran.