Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya və Macarıstanı Rusiyanın enerji satışına embarqo tətbiq etmək səylərini bloklamaqda ittiham edib.
Bu barədə Zelenski BBC-yə müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, enerji məhsullarının satışına embarqo tətbiq edilməsə, Rusiya bu il 250 milyard funt-sterlinqə (326 milyard dollar) qədər vəsait ala bilər:
“Bəzi dostlarımız və tərəfdaşlarımız başa düşürlər ki, indi başqa zamandır; artıq iş və pul yox, mövcudluq məsələsidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.