“Akıncı” pilotsuz uçuş aparatı (PUA) Türkiyə istehsalı olan PUA-lar arasında rekorda imza atıb. Azadmedia.az xəbər verir ki, bunu əks etdirən videonu “Baykar” şirkəti tvitterdə paylaşıb.
Qeyd olunur ki, PUA 11,6 kilometr hündürlüyə qalxıb, 25 saat 46 dəqiqə havada qalıb və 7 507 kilometr uçub.
“Baykar” bildirib ki, bu hündürlük Türkiyə istehsalı olan PUA-lar üçün rekord göstəricidir.