AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə "Azərbaycanın işıqlı gələcəyinin təməlini qoyan Dahi İnsan" adlı konfrans keçirilib FOTOLAR

  • + A
  • - A
  • 10-05-2022, 16:00

    Ağcabədidə "Azərbaycanın işıqlı gələcəyinin təməlini qoyan Dahi İnsan" adlı konfrans keçirilib FOTOLAR


    YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Azərbaycanın işıqlı gələcəyinin təməlini qoyan Dahi İnsan" mövzusunda konfrans keçirilib. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məruzə edib. Məruzə ətrafında Yeni Qaradolaq YAP ərazi təşkilatının sədri Bayram İsmayılov, Avşar YAP ərazi təşkilatının sədri Günay Camalxanova, Boyat YAP ərazi təşkilatının sədri Məleykə Kərimova, Cəfərbəyli YAP ərazi təşkilatının sədri Səbuhi Atakişiyev, Sarıcalı YAP ərazi təşkilatının sədri Sevinc Məmmədova çıxış ediblər. Tədbirin sonunda bir qrup ərazi təşkilat sədrləri Fəxri Fərmanla, Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən yarış və müsabiqələrin qaliblərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR