AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Ağcabədi rayon təşkilatı "Ulu Öndərin arzuları həyata keçdi" mövzusunda inşa müsabiqəsi keçirib

  • + A
  • - A
  • 6-05-2022, 14:07

    YAP Ağcabədi rayon təşkilatı "Ulu Öndərin arzuları həyata keçdi" mövzusunda inşa müsabiqəsi keçirib

    May ayının 6-da YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblilər arasında “Ulu Öndərin arzuları həyata keçdi” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

    Müsabiqəni YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq yarış iştirakçılarına uğurlar arzulamış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə qısa məlumat vermiş, onun bütün ideya və arzularının Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildiyini qeyd etmişdir.

    Rövşən Əhmədov bildirmişdir ki, YAP Ağcabədi rayon təşkilatı hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirir. YAP Ağcabədi rayon təşkilatı tərəfindən Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə atıcılıq, şahmat yarışları keçirilmişdir.

    Bu gün isə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilir. Yazı işləri Münsiflər heyəti tərəfindən yoxlandıqdan sonra müsabiqədə I, II, III yerləri tutan şagirdlər YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR