Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Toplantıda 9 məsələ müzakirə olunacaq:
1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;
2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;
3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;
4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;
5. MDB-yə üzv ölkələrin xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planı”nın reallaşması haqqında;
6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;
7. MDB-də turizmin təşkilinin əsasları haqqında;
8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;
9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.